Fransa NATO-dan çıxmalıdır!

  • By admin
  • 03 Yanvar 2022 22:02

Fransanın prezidentliyi uğrunda yenidən mübarizə aparmaq niyyətini açıqlayan ifrat solçu Jan Lyuk Melanşon ölkənin NATO-dan çıxmasının və Rusiya ilə qarşılıqlı fəaliyyətinin tərəfdarı olduğunu bildirib.

Gununsesi.info  xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.

“Mən NATO-dan çıxmağın tərəfdarıyam. Bizə deeskalasiya lazımdır”, – deyə siyasətçi qeyd edib.

Siyasətçi bildirib ki, NATO-dan çıxmaq Fransaya Şimali Amerikanın hərbi macəralarına qarışmamağa imkan verəcək:

“Rusiya tərəfdaşdır. Ondan düşmən yaratmağa razı deyiləm”.

Melanşon vurğulayıb ki, keçmiş SSRİ ölkələri NATO-ya daxil olduqdan sonra Rusiya təhlükə hiss edib:

“Buna görə də Ukrayna alyansa qoşulmamalıdır. Deeskalasiya siyasi kursun əsasına çevrilməlidir. Mən yeni soyuq müharibəyə qarşıyam”.

Gununsesi.info