Fransa: “Pensiya islahatına dair qanun layihəsi səsə qoyulmadan qəbul edilə bilər”

  • By admin
  • 04 Fevral 2020 23:35

Fransada pensiya islahatına dair qanun layihəsi müzakirə olunmaq üçün Milli Assambleyaya göndərilib.

Gununsesi.org xəbər verir ki, lakin qanun layihəsi Milli Assambleyada çətinlik üzləşib.

Belə ki, 64 maddədən ibarət layihəyə dəyişikliklər edilməsi üçün rekord sayda – 22 min təklif irəli sürülüb. Bu qədər təklifin irəli sürülməsi pensiya islahatına dair layihənin müzakirəsinin gərgin keçəcəyindən xəbər verir. Ancaq bu qədər təklif qarşısında qalan hökumət 49.3 maddəni əsas tutaraq, qanun layihəsini müraciətsiz, müzakirəsiz və parlamentdə səsə qoyulmadan qəbul etmək imkanına malikdir. Hökumətin bu imkandan istifadə edəcəyi istisna olunmur.

Qeyd edək ki, pensiya islahatına dair qanun layihəsi ilə müxtəlif partiyaları təmsil edən 71 deputatdan ibarət xüsusi komissiya məşğul olur. Dövlət Şurası bir həftə əvvəl qanun layihəsi ilə bağlı rəyini bildirib.

 

 

Gununsesi.org