
“Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə xüsusi məsuliyyət daşıyır”.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Fransua Olland Fransa erməni təşkilatlarının Əlaqələndirmə Şurasının üzvləri ilə görüşündə deyib.
Görüşdə Ermənistan-Fransa əlaqələri ilə yanaşı Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinə toxunan Fransua Olland bildirib ki, Paris münaqişənin həllində yaxıdan iştirak edir.
Qoşunların təmas xəttində yaranmış son hadisələrdən narahatçılıq keçirdiyini deyən prezident bildirib ki, Dağlıq Qarabağda hər gün insanlar ölür: “Biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik”.
F.Olland Ermənistan Prezidenti Serj Sarkisyanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Parisə dəvət etdiyini bildirib. S.Sarkisyanın martın 8-də Fransaya səfər edəcəyi gözlənilir.
Gununsesi.info










