Fransada ədliyyə binasında atışma olub, ölən var

  • By admin
  • 12 İyun 2020 12:42

Fransanın Nim şəhərində ədliyyə binasında baş verən atışma nəticəsində 1 nəfər ölüb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iyunun 12-də səhər saatlarında olub.

Hadisənin səbəbi və şəraiti dəqiqləşdirilir. Atışma baş verən yerə polis əməkdaşları və yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.

 

 

Gununsesi.org