Fransada bomba həyəcanı: Əhali evakuasiya olundu

  • By admin
  • 23 Aprel 2017 16:29

 yurvas

 

Ölkədə prezident seçkilərinin təhlükəsiz keçməsi üçün bütün tədbirlər görülüb.

Axar.az xəbər verir ki, bunu Fransa Daxili İşlər naziri Jan Jak Yurvas deyib.

O, seçkilərin təhlükəsiz keçməsi üçün maksimal səfərbərlik edildiyini, sabitliyin gücləndirilməsi məqsədilə müxtəlif nazirliklər arasında koordinasiya yaradıldığını deyib.

Seçkilərin əsas favoritlərindən sayılan Milli Cəbhənin lideri Marin Le Pen də səs verib.

Le Penin geyimi jurnalistlərin nəzərindən qaçmayıb. Xanım namizəd pencəyinin yaxasına göy qızılgül – onun seçki kampaniyasının simvolunu taxıb.

Qeyd edək ki, Fransa prezident seçkilərində 11 namizəd mübarizə aparır.

***

Fransanın Bezanson şəhərindəki seçki məntəqələrinin birinin yaxınlığında şübhəli avtomobil aşkar edilib.

Saxta nömrə nişanı yerləşdirilən avtomobilin qaçırıldığı məlum olub.

Hadisə yerinə bomba mütəxəssisləri gəlib, yaxınlıqdakı insanlar ərazidən uzaqlaşdırılıb.

**

Fransada saat 12:00-a (14:00 Bakı vaxtı) olan seçici fəallığı 28.54 faiz olub.

Bu barədə Fransa Daxili İşlər Nazirliyinin Tvitter səhifəsində bildirilib.

2012-ci il seçkilərində bu rəqəm 28,29 faiz təşkil etmişdi.

 

Gununsesi.info