Fransada fövqəladə vəziyyət elan edildi

  • By admin
  • 11 Dekabr 2018 00:25

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlilər” üsyanına görə ölkədə fövqəladə sosial vəziyyət elan edib.

“Qafqazinfo” “Ren TV”yə istinadən xəbər verir ki, fransalı lider xalqa müraciəti zamanı hər kəsi Fransanı yenidən qurmağa səsləyib: “Bu gün ən birinci etmək istədiyim ölkədə fövqəladə iqtisadi və sosial vəziyyəti elan etməkdir. Biz hörmət edəcəyimiz, uşaqlarımızın bizdən daha yaxşı yaşayacağı Fransa qurmaq istəyirik”.

Makronun sözlərinə görə, Fransada problemlər çoxdan başlayıb. Onun kökləri 40 il əvvələ gedib çıxsa da, “özünü indi büruzə verir”:

“Mən ölkəmizin siyasi sistemi uğrunda mübarizə apardım, onu sizdən ötrü yaxşılaşdırmaq istədim. Bir çox ölkələr bundan keçir və belə vəziyyətdən çətinliklə çıxır. Ümid edirəm ki, Fransa xalqı vahid qalmaq üçün kifayət qədər güclü olacaq”.