Fransada güclü yanğın - 700 NƏFƏR TƏXLİYYƏ EDİLDİ

  • By admin
  • 12 Avqust 2017 23:15

yangin-mese

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə Fransanın Korsika adasında güclü yanğın baş verib.

Ölkənin cənub-şərqində son günlərdə isti hava şəraiti səbəbindən güclü yanğınlar qeydə alınır.

Adanın istirahət üçün ayrılmış 100 hektarlıq hissəsində 700 nəfər insan təxliyyə edilib. Onlardan 5 nəfəri xəstəxanaya yerləşdirilib.

İyulun ortalarından etibarən qeydə alınan yanğınlar nəticəsində Korsika adasında toplam 7 min hektar bitki örtüyü məhv olub.

Gununsesi.info