Fransada koronavirusdan ölənlərin sayı yüksəlir: 4 nəfər vəfat etdi

  • By admin
  • 03 Mart 2020 07:40

Fransada koronavirusdan ölənlərin sayı artıb. 

Axeber.a bildirir ki, ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib.

Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır.

 

Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini ertələyib.

Gununsesi.org