Fransada parlamentə seçkilər keçirilir

  • Müəllif: admin
  • 11 İyun 2017 14:07

stock-market-election-md

 

Bu gün Fransada parlament seçkilərinin ilk turu keçirilir.

Axar.az xəbər verir ki, yerli vaxtla səhər saat 08.00-da Fransada seçki məntəqələri açılıb. Parlamentin aşağı palatası olan Milli Assambleyanın 577 deputatını müəyyənləşdirmək üçün keçirilən seçkilərdə 7 min 882 namizəd mübarizə aparır. Seçkilərdə təxminən 47 milyonadək seçicinin səs verəcəyi gözlənilir.

Seçkilər fövqəladə vəziyyət rejimi şəraitində keçirilir. 69 mindən çox seçki məntəqəsində təxminən 50 minə yaxın polis və jandarm təhlükəsizliyin təmin edilməsi üçün xidmət göstərəcək.

Qeyd edək ki, Fransada parlament seçkilərinin 2-ci turu iyunun 18-də keçiriləcək.

 

Gununsesi.info