Fransada prezident seçkilərinin ikinci turu başladı

  • By admin
  • 24 Aprel 2022 10:28

Bu gün, aprelin 24-də Fransada növbəti beş il üçün dövlət başçısını müəyyən edəcək prezident seçkilərinin ikinci turu keçiriləcək.

Gununsesi.info “Ukrinform”a istinadla xəbər verir ki, Fransanın Hüquq və İnzibati İnformasiya Departamentinin saytında  deyilir ki, Martinika, Qvadelupa, Qayana, Sent-Pyer və Mikelon, Sent-Bartelemi, Sent-Martin, Fransız Polineziyası və Amerika qitəsi ərazilərində fransızlar aprelin 23-də səsvermə keçirib.

Hazırkı prezident Emmanuel Makron və ifrat sağçı Milli Birlik lideri Marin Le Pen beş il əvvəl olduğu kimi ikinci turda da qalib gəlmək üçün mübarizə aparır. Bu iki namizəd seçkilərin birinci turunda müvafiq olaraq 27,85% və 23,15% səs toplayıb .

Seçicilərin saat 20:00-a qədər səs verə biləcəyi böyük şəhərlər istisna olmaqla, seçki məntəqələri səhər saat 8:00-da açılır və 19:00-da bağlanır.

Gununsesi.info