Fransada qatar relsdən çıxdı - Xəsarət alanlar var

  • By admin
  • 12 İyun 2018 11:27

Fransanın Essonn departamentində sürətli qatarın relsdən çıxması nəticəsində 7 nəfər xəsarət alıb.

Gununsesi.info məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Elizabet Born məlumat verib.

 Hadisəyə ilkin səbəb kimi yağan yağışlar nəticəsində relslərin sıradan çıxması olub.

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.