
Fransanın paytaxtı Parisdə minlərlə gənc nümayşçi ilə polis arasında yaşanan toqquşmalar davam edir.
Gununsesi.info xəbər verir ki, etirazçıların şəhərdə 16 liseyi ələ keçirdiyi bildirilib.
Məlumata görə, bir çox məktəb və liseylərin girişində barikada qurulub.
Tələbələrin çoxluq təşkil etdiyi iğtişaşlar zamanı onlarla avtomobil və bank terminallarının zərər gördüyü vurğulanıb.
11 nümayişçinin polis tərəfindən saxlanıldığı vurğulanıb.
Qeyd edək ki, etirazlara səbəb kimi 3 gün əvvəl Teo adlı 22 yaşlı qızın polis tərəfindən zorlanması göstərilib.
Belə ki, adıçəkilən gənc qız yoxlanış zamanı 4 polis tərəfindən təcavüzə məruz qalsa da, ətrafdakı şəxslərdən heç kim onun köməyinə gəlməyib.
Gununsesi.info