Fuad Poladov:  “Sabah son tamaşamdır”

  • By admin
  • 27 Oktyabr 2016 14:40

fuad_poladov

“Bəli, Akademik Milli Dram Teatrından getməyimlə bağlı yayılan xəbərləri təsdiqləyirəm”.

Bu haqda Gununsesi.info-ya  Xalq artisti Fuad Poladov  istefasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib. O bildirib ki, teatrdakı işindən gedib: “ İstefamla bağlı teatrın rəhbərliyinə hələki rəsmi müraciət etməmişəm. Yəni  ərizə yazmamışam. Sabah son tamaşamdır.  “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam”-deyə o bildirib. Xalq artısti istefasının səbəbləri haqqında danışmaq istəmdiyini də qeyd edib.

Gülnaz Qənbərli

Gununsesi.info