Futbol hakimlərinin toplanışı olacaq - BAKIDA

  • By admin
  • 18 Avqust 2017 22:05

affa

Küveyt Futbol Assosiasiyası hakimlərin Bakıda təlim-məşq toplanışı keçməsinə şərait yaradılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edib.

Gununsesi.info AFFA-ya istinadla xəbər verir ki, müraciət əsasında avqustun 18-dən sentyabrın 6-dək Bakı Olimpiya Stadionunda küveytli hakimlərin toplanışı keçiriləcək.

Yerli fiziki hazırlıq məşqçisi tərəfindən aparılacaq məşqlərdən sonra test keçirilərək sertifikatlaşdırılacaq.

Gununsesi.info