Futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırdı

  • By admin
  • 01 Yanvar 2017 22:46

zaur-zira

“Zirə” futbol klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb.

Klubdan Gununsesi.info-ya bildiriblər ki, komanda müdafiə xəttini gücləndirmək məqsədilə Sadiq Quliyevlə müqavilə imzalayıb. Anlaşmaya əsasən, futbolçu cari mövsümün sonunadək “Zirə”nin formasını geyəcək.

Futbolçu ötən mövsüm də “Zirə”nin heyətində çıxış edib. Daha sonra müqavilə ilə məxsus olduğu “Qəbələ”yə dönən gənc müdafiəçi bu dəfə azad agent statusunda “qartallar”ın sıralarına qoşulub.

Gununsesi.info