“Futbolçular tapşırıqları yerinə yetirdilər” – Qurban Qurbanov

  • By admin
  • 18 Yanvar 2017 21:59

q

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Styaua” klubuna 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:

“Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdir.  Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbə ilə bitməsi də bizim üçün daha faydalı oldu”.

Gununsesi.info