Füzulidə 2 otaqlı ev yandı

  • Müəllif: admin
  • 20 Sentyabr 2016 13:23

ev

Füzulidə 2 otaqlı evdə yanğın baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Şükürbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 m² olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 77 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info