Füzulidə partlamamış hərbi sursat tapılıb

  • By admin
  • 06 İyul 2017 21:30

265125f812fa051b288bca2ffb6152ae
İyulun 6-da saat 14:56-da Daxili İşlər Nazirliyinin ″102″Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Araz Yağlıvənd kəndi ərazisində partlamamış hərbi sursatın (PHS) aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Horadiz-Bakı avtomobil yolunun həmin kənddən keçən hissəsində qazıntı aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb.

Aşkar olunmuş partlamış raket qalıqlarının ətrafında 600 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Gununsesi.info