Gəncədə 5 avtomobil toqquşdu: 1 NƏFƏR XƏSARƏT ALIB + FOTO

  • By admin
  • 07 Dekabr 2016 15:14

avto4

Gəncədə 5 avtomobil toqquşub.

gününsəsi.info xəbər verir ki, hadisə şəhərin Sadıx Rəhimov küçəsində qeydə alınıb.  “VAZ-21012” və “VAZ21099” markalı avtomobillər toqquşub. Zərbənin gücündən həmin avtomobillər daha sonra yolun kənarında dayanan “QAZ-24”, “Hyundai Sonata” və “QAZel” markalı maşınlara da çırpılıb.

Hadisə zamani  bir nəfər 1936-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alıb.Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

avto3 avto2 avto avto1

Gününsəsi.info