Münaqişə zəminində həmkəndlisini döyərək ona ölümcül xəsarət yetirən Gədəbəy rayon sakini saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avqustun 13-də T.Qurbanovu həmkəndlisi Kamil Muxtarov tərəfindən münaqişə zəminində döyməsi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə K.Muxtarov saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info