Gələn il 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdıracaq - BAHAR MURADOVA

  • By admin
  • 13 Noyabr 2017 11:46
“2018-ci il büdcəsi hazırlanan zaman hər hansı qaranlıq məqamlara yer qoyulmayıb”.
Gununsesi.info xəbər verir ki, bunu parlamentin vitse-spikeri, insan haqqları komitəsinin sədri Bahar Muradova bu gün parlamentdə Hüquq siyasəti, dövlət quruculuğu, İnsan haqqları, Mədəniyyət, Regional məsələlər, Gənclər və mədəniyyət komitələrinin birgə iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, 2018-ci ilin büdcə zərfi 2016-2017-ci ilin inkişaf istiqamətləri, beynəlxalq miqyasdakı risqlər nəzərə alınaraq hazırlanıb. Büdcə zərfi respublikanın regionlarının tarazlıq inkişafi və yerli potensialı nəzərə alanaraq hazırlanıb.
Vitse-spikeri deyib ki, növbəti ildə 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdırılması nəzərdə tutulur: “Bu da göstərir ki, iqtisadi sahədə qarşımıza qoyduğumuz hədəflərə addım-addım nail olmağa çalışırıq”.
B.Muradova deyib ki, büdcə zərfi hazırlanarkən əsas prioritet kimi insan kapitalı götürülüb və bununla bağlı məsələlər büdcədə konkret göstərilib: “Bu da 2018-ci il büdcəsinin sosialyönümlü olmasının göstəricisidir”. 
O həmçinin bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var: “Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərinin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.
Mürtəza
Gununsesi.info