“Gələn il bir neçə qurumların bağlanmasının və ya birləşdirilməsinin şahidi ola bilərik” - EKSPERT

  • By admin
  • 26 Sentyabr 2016 15:32

 

 

natiq

Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 40 dollardan götürüləcək. Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib.

Nazir həmçinin,  2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin 1,5 mlrd. manat azaldılacağını bildirib.

Qeyd edək ki, cari ilin büdcəsində neftin bir bareli 25 dollardan hesablanıb. Dövlət büdcəsinəDövlət Neft Fondundan proqnozlaşdırılantransfertlərin həcmi isə 7.6 mlrd. manatdır.Əgər 1.5 milyard manatlıq azalma proqnozlaşdırılısa, deməli Neft Fondunun transfertləri  20 faiz azalacaq

Büdcədə neftin baza qiymətinin artırılması nə dərəcədə məqsədəuyğundur? Transfertlərin azalması büdcə gəlirlərinə hansı təsirləri göstərəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli Gununsesi.info-ya verdiyi açıqlamaya görə, Rusiya da 2017-ci il üçün dövlət büdcəsinin parametrlərini hazırlayarkən neftin qiymətini 40 dollar\bareldən götürüb: “Çox güman ki, Azərbaycan hökuməti də Rusiyanın apardığı hesablamalar əsasında, neftin ortalama qiymətinin 40 dollar olacağını düşünürək, büdcə parametrlərini hazırlayıb. Hökumət bu həddə götürməklə büdcənin gərginliyinin müəyyən qədər azalacağını düşünür. Amma risklər də istisna deyil. Əgər gələn il neftin qiymətində ciddi oynamalar olsa, onda büdcəyə yenidən baxmaq məcburiyyətində qalacaqlar. Neftin qiymətinin müəyyən zaman kəsiyində40 dollar həddindən aşağı olacağı ehtimalları da yüksəkdir”.

N.Cəfərli əlavə etdi ki, baza qiymətinin 40 dollardan götürülməsi olduqca optimist bir ssenaridir: “Azərbaycan hökuməti məhz bu ssenaridən çıxış edərək, gələn ilin dövlət büdcəsini formalaşdırmaq istəyir. Ola bilsin ki, neftin qiyməti 40 dollar civarında hərəkət etsin. Bu zaman büdcə icrasında heç bir problem yaşanmayacaq. Yox, əgər oynamalar olsa, o zaman hökumət layihələrə yenidən baxmalı olacaq”.

İqtisadçının sözlərinə görə, neftin baza qiymətinin 25 dollar həddində saxlanılması büdcənin formalaşmasında problemlər yaradır: “Büdcə xərclərinin azalması indiki iqtisadi durumumuz üçün olduqca risklidir. Təəssüf ki,  Azərbaycanda iqtisadi aktivliyin böyük bir hissəsi dövlət büdcəsinə bağlıdır. Özəl və bank sektorunun çox zəif olması, uzun illərdir ki, iqtisadi aktivliyi büdcə hesabına saxlanılması və artırılmass variantı seçilmişdir. Ona görə də hökumət büdcə xərcləmələriniaz da olsa saxlamaq məcburiyyətindədir. Bu həm sosial gərginliyi azaldır, həm də azdaolsa iqtisadi aktivliyi saxlayır. Bu səbəbdən neftin qiymətini aşağı həddə götürmək istəmirlər”.

Transfertlərin azalmasına gəlincə, N.Cəfərli bunun büdcə gəlirlərinə təsir edəcəyini düşünür: “Məncə, büdcədə də müəyyən azalmalara gediləcək. Gələn il hansısadövlət qurumlarının bağlanmasının və ya birləşdirilməsinin şahidi ola bilərik. 2017-ci ildə büdcə xərcləmələrində ixtisarlar olacaq.

Hazırda özəlləşdirmə proqramları geniş həyata keçirilməyə başlanıb. Bu istiqamətdə də müəyyən qədər vəsait  cəlb etməklə kəsirlərin doldurulmasına gediləcək. Amma indiki özəlləşdirmənin dəözünəməxsus problemləri var. Əgər buraya xarici investorları cəlb etməyi düşünürüksə, o zamanölkədə biznes mühiti yaxşılaşdırılmalı, məhkəmə sistemində islahatlar aparılmalı, mülkiyyət toxunulmazlığı ilə bağlı məsələlər həll olunmalıdır. Yəni elə mühit yaradılmalıdır ki, ölkəyə valyuta cəlb etmək mümkün olsun”.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info