Gələn il dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək

  • By admin
  • 03 Noyabr 2016 19:17

xeste

 

2017-ci ildə dünyada 3 milyon uşaq infeksion xəstəliklərdən öləcək.

APA-nın məlumatına görə, bu barədə Gigiyena üzrə Ümumdünya Şurasının (The Global Hygiene Council) hesabatında deyilir.

Ekspertlər belə nəticəyə gəliblər ki, hər il bir milyon uşaq pnevmoniyadan, 700 min uşaq isə diareyadan ölür. Qeyd olunur ki, dünyada ailələrin yarısından çoxu gigiyena qaydalarına əməl etmir. Həmin qaydalara əsasən, soyuqdəymə və qrip virusunun yayıldığı mövsümlərdə evləri dezinfeksiya etmək düzgün deyil. Digər tərəfdən fərdi evlərin 31 faiz hallarda bağırsaq infeksiyaların mənbəyi qismində çıxış etdiyi vurğulanır.

Mütəxəssislər hesab edir ki, uşaqlar arasında infeksion xəstəliklərdən ölüm hallarının əsas səbəbi gigiyena qaydalarına əməl olunmamasıdır.

 

Gununsesi.info