Gəlin bəyin qoluna qandal salıb nikah salonuna gətirdi - FOTO

  • By admin
  • 13 Dekabr 2017 14:34

Polis xanım evləndiyi oğlanın qoluna qandal taxıb onu nikah evinə gətirərək, nikah kəsdirib.

Gununsesi.info cnnturk-ə istinadən xəbər verir ki, Konya asayiş polisinin əməkdaşları Öznur Ün və Muhammet Yıldız  evləniblər. Ona görə də ailə quranlar nikah mərasimini özünəməxsus formada hazırlayıblar.

Belə ki, nikah salonuna gələn xanım Öznur Ün nişanlısı Muhammet Yıldızın qoluna qandal salaraq gətirib. Yaxınları və dostları cütlüyün bu hərəkətini alqışla qarşılayıblar.

Nigahdan sonra qandalı açan nigah məmuru nikah haqqında şəhadətnaməni xanıma təqdim edib.

Gununsesi.info