Gəncə-Batumi avtobus reysi fəaliyyətə başlayıb -30 MANAT

  • By admin
  • 29 İyul 2016 09:46

gence

Gununsesi.info  xəbər verir ki, iyulun 29-dan etibarən Bakı və Gəncə Beynəlxalq Avtovağzal Komplekslərindən həftənin 1-ci, 3-cü və 5-ci günləri Bakı-Batumi və Gəncə-Batumi avtobus reysi fəaliyyətə başlayıb.Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, Gəncədən  yola düşmə vaxtı isə 23:00,təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-dadır. Bakıdan gediş biletinin qiyməti 35 manat, Gəncədən gediş biletinin qiyməti isə 30 manat təşkil edir. Gəncə-Yevlax avtovağzalında biletlərin satışı və sifarişi həyata keçirilir. Gəncə avtovağzalının əlaqə nömrəsi: 055-644-24-93 ; 050-222-48-58