Gəncə sakini müəmmalı şəkildə xəsarət alıb

  • By admin
  • 18 Avqust 2017 22:20

tecilijpg
Gəncə sakini ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Qasımov Elsevər Səməd oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

E.Qasımov yıxılaraq xəsarət aldığını bildirsə də, onun bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info