Gəncə sakinini ilan sancdı

  • Müəllif: admin
  • 02 İyul 2017 23:00

ilan

Gəncədə həyətdə qadını ilan sancıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Elmar Şahbudaqov küçəsində qeydə alınıb.

Yaşadığı evin həyətində gəzən şəhər sakini 1984-cü il təvəllüdlü Gülnarə Hüseynovanın sağ topuq nahiyəsindən ilan sancıb. Qadın dərhal xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Gununsesi.info