Gəncədə 14 yaşlı qızları maşın vurdu

  • By admin
  • 02 Oktyabr 2019 19:26

Gəncədə piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Hərəkətdə olan “Opel” markalı avtomobil yolu keçmək istəyən 14 yaşlı Sevinc Nəbiyevanı vurub. O isə yaşıdı olan digər piyada Vüsalə Yusifovaya çırpılıb. Hər iki xəsarət alan qız xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org