Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlandı

  • By admin
  • 21 Avqust 2017 23:27

intihar bicaq

Gəncədə bıçaqlanma olub.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1990-cı il təvəllüdlü Məmmədov Zaur Vidadi oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin kafi olduğu bildirilir. Z. Məmmədovun sözlərinə görə, o münaqişə zəminində tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info