Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası yaşandı

  • By admin
  • 12 Sentyabr 2016 20:57

yollllllllllllllllllllllllllllllllll

Gəncənin Şeyx Bahəddin küçəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, şəhər sakini 1975-ci il təvəllüdlü Ziya Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edərək  idarəetməni itirib və maşın “Hyundai”-a çırpılıb. “Hyundai” isə başqa iki avtomobilə dəyib. Daha sonra “Mercedes” “Niva” və “VAZ2107” ilə toqquşub. Qəza zamanı “VAZ” yolun kənarında olan iki piyada, 1979-cu il təvəllüdlü Seymur İsmayılov və 1988-ci il təvəllüdlü Mirvari Tağıyevanı vuraraq mağazanın divarına çırpılıb.

Xəsarət alan 3 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info