Gəncədə avtomobillə vurulan piyada öldü – YENİLƏNİB

  • Müəllif: admin
  • 26 Sentyabr 2016 23:32

big_1447307061_bakida-namelum-kishi-meyiti-tapilib-cenubnews

 

Gəncədə yol nəqliyyat qəzasında ağır bədən xəsarətləri alana piyada ölüb.

Gununsesi.info-nun verdiyi məlumata görə sentyabrın 26-da, axşam saatlarında şəhərin “Poçt”qəsəbəsinə gedən yolda “VAZ2107” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Vaqif Sadıqovu vurub.

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

 

Gununsesi.info