Gəncədə çörək sexi yanıb

  • By admin
  • 12 Yanvar 2018 08:30

Gəncədə yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, yanğın şəhərin Kəpəz rayonunda ümumi sahəsi 160 m2 olan ikimərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən çörək sexində baş verib. Nəticədə sexdəki taxta rəflər 12 m2 sahədə yanıb. Çörək sexi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info