Gəncədə direktor işdən çıxarıldı -YENİLƏNDİ

  • By admin
  • 31 Yanvar 2023 14:43

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru vəzifəsini icra edən şəxs müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, yeni təyinata qədər direktor səlahiyyətlərinin icrası müvəqqəti olaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın baş həkimi İlkin İsmayılova həvalə edilib.

Qeyd edək ki, İ.İsmayılov daha əvvəl də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktorunu müxtəlif zamanlarda əvəz etmişdi.

10:44

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, hələki, baş həkimin hansı səbəblərə görə işdən uzaqlaşdırıldığı açıqlanmır.

Onun yerinə yeni təyinat da yoxdur.

Qeyd edək ki, Nazim Məmməd oğlu Əhmədov 2018-ci ildən bu vəzifədə çalışırdı.

Gununsesi.info