Gəncədə divar uçqunu - Ölən və yaralanan var

  • By admin
  • 16 Sentyabr 2016 18:20

ucqun

Gəncədə bədbəxt hadisə baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, şəhərin “Vtoroy çast” deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.
Qızlardan biri Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılarkən yolda ölüb, digəri isə müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onların kimliyi dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.

Gununsesi.info