Gəncədə iki minik maşını toqquşdu - FOTOLAR

  • By admin
  • 21 May 2023 20:12

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 ilə “Opel” markalı minik maşınları toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.