Gəncədə keçmiş icra hakimiyyətinin binasındakı yanğın söndürüldü – YENİLƏNİB + FOTO

Gəncə şəhərinin keçmiş icra hakimiyyəti binasında yanğın hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, binanın Nizami bələdiyyəsinin yerləşdiyi dördüncü mərtəbəsində elektrik xətlərində qısaqapanma baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırmalar aparılır.