Gəncədə meyit tapıldı

  • By admin
  • 15 Noyabr 2021 21:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 

Bu barədə Gununsesi.info-ya FHN-dən məlumat verilib.

 

Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Əliyarova Hicran Yaqub qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.