Gəncədə oğurluğa cəhd edən şəxs tutulub

  • By admin
  • 21 Sentyabr 2017 12:16

qandal-qolda

Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini tutularaq təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 20-də saat 05.24-də Gəncə şəhəri ərazisindəki mağazaların birindən Nizami (Gəncə) Rayon Mühafizə Şöbəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn RMŞ-nin əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Kazbek Bulekbayev tutularaq Nizami (Gəncə) RPİ-yə təhvil verilib.

Anar

Gununsesi.info