Gəncədə öldürülən rəis müavininin yerinə təyinat oldu

  • By admin
  • 05 Fevral 2019 16:31

Daxili işlər orqanlarında yeni təyinat olub.

Gununsesi.org  xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, ötən ay Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

Bu post ötən ilin iyul ayından sonra boş qalıb. Ondan öncə isə bu vəzifədə Gəncə hadisələri zamanı şəhid olan İlqar Balakişiyev xidmət aparırdı.