Gəncədə Şəhid ailələri və müharibə əlilləri mənzillə təmin ediliblər

  • By admin
  • 12 Noyabr 2019 21:01

Gununsesi.org xəbər verir ki, Gəncədə 3 otaqlı mənzil verilən ailələrin sayı 10-dur. 1 ailə 2 otaqlı, digəri isə 1 otaqlı mənzillərlə təmin olunublar. Vətəndaşların növbəyə durma ardıcıllığına və ailə tərkibinə uyğun olaraq verilən mənzillər tam təmirli və mətbəx mebeli və avadanlıqları ilə təmin edilib. Mənzillər Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binasından alınıb.

Açarların təqdim olunma mərasimində il ərzində bu kateqoriyadan olan vətəndaşlara 246 mənzil və 427 avtomobilin verildiyi vurğulanıb. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olan insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatının dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olduğuna diqqət çəkilib.

İlin sonunadək Gəncədə Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 14 mənzil veriləcək.

Gununsesi.org