Gəncədə tarixi derbi, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

  • By admin
  • 16 Oktyabr 2022 09:09

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Kəpəz” “Neftçi”ni qəbul edəcək. Gəncə təmsilçisi bu mövsüm ilk dəfə ev oyununu doğma şəhərdə keçirəcək. Hazırda paytaxt təmsilçisi 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Sarı-göylər” isə 4 xalla 8-cidir.

Komandalar indiyədək ölkə çempionatına təsadüf edən Azərbaycan derbisində 52 dəfə üz-üzə gəliblər. Bunların 18-də meydan sahibləri, 25-də qonaqlar qələbəni bayram edib. 9 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “ağ-qaralar”ın aşkar üstünlüyü var.

“Neftçi” son 4 matçda rəqibinə qalib gəlib. Son iki oyunda 3 və ya daha çox qol vurulub.

Tura “Qarabağ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Ağdam klubu 8 oyundan maksimum nəticə ilə 2-ci sırada yer alıb. “Gənclik şəhəri” təmsilçisinin isə 4 xalı var və 9-cu pillədə gedir.

İki kollektiv bunadək Premyer Liqada öz aralarında 40 görüş keçirib. “Köhlən atlar” 40, Samir Abasovun baş məşqçi olduğu komanda isə cəmi 5 qələbə qazanıb. 5 qarşılaşmada qalib müəyyənləşməyib. Son Azərbaycan çempionunun vurduğu 93 qola rəqibi 18 q=topla cavab verib.

“Qarabağ” son 13 ev oyununda qələbə qazanıb. “Sumqayıt” 6 qarşılaşmada xal əldə etməyib, 5 matçdır fərqlənə bilmir.

Azərbaycan Premyer Liqası

X tur

16 oktyabr (bazar)

15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Gəncə şəhər stadionu.

17:30. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
“Azersun Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” evdə “Qəbələ” ilə 1:1, “Səbail” səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib, “Sabah” isə doğma meydanda “Zirə”yə qalib gəlib.

Gununsesi.info