Gəncədə vətəndaşları aldadaraq pul oğurlayan şəxs saxlanılıb - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 11 İyun 2016 12:43

 

Bankomat

Gəncədə vətəndaşları aldadaraq bankomatlardan pul oğurlayan şəxs saxlanılıb. Gununsesi.info xəbər verir ki, polis təqsirləndirilənin kimliyini vətəndaşların şikayəti əsasında müəyyən edib. Gəncə şəhər Baş Polis İdarəsi  əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində şəhər sakini, 33 yaşlı Əli Əzizov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, şəhərin müxtəlif ərazilərində bankomatların qarşısında dayanaraq oradan pul çıxarmaq istəyən vətəndaşları “hesabınızda pul yoxdur” deyərək aldadıb və sonra onların hesabından çıxan pulu oğurlayıb.

6 nəfərin hesabından 2 min manata yaxın pulu mənimsəyən Əli Əzizov barəsində Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlanlıb.

Gununsesi.info

 

Bankomat1

 

Bankomat3

 

Bankomat6

 

Bankomat7

 

Bankomat9

 

Bankomat5