Gəncədə yol polisindən prokurorluğa şikayət - "MƏNİ TƏHQİR EDİB, SAXTA PROTOKOL YAZDI"

  • By admin
  • 12 Mart 2018 13:28

Gununsesi.info-nun elektron poçtuna Gəncə Şəhər sakini Verdiyev Yaşar Fikrət oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi saytımıza yolladığı müraciətində Gəncə Yol Polisi Şöbəsinin əməkdaşlarından narazılığını ifadə edib.

O, yazır: 

“Mən Verdiyev Yaşar Fikrət oğlu bildirirəm ki, həyat yoldaşım və övladımla idarə etdiyim 20 CU 111 dövlət nömrə nişanlı avtomobillə yol kənarında dayanmışdım. Mən düşüb mağazaya girən zaman uşaq arxadan qabaq oturacağa keçib. Avtomobilimə yaxınlaşarkən Gəncə Yol Polisi Şöbəsinin YPX-nin əməkdaşı Vüsal Alıyevi maşınımın yanında gördüm. O, sənədlərimi tələb etdi. Əsas gətirdi ki, uşaq qabaqda oturduğuna görə, cərimə yazacaq. Halbu ki, mən avtomobili idarə etməyə başlayanda uşağı arxaya anasının yanına keçirəcəkdim. Mən şüursuz deyiləm ki, azyaşlı uşaq avtomobildə qabaqda əyləşməlidir. Ancaq o, məni nalayiq sözlərlə alçaltdı. Sonradan məlum oldu ki, cərimə belə yazıb.

Mən onun bu hərəkəti ilə bağlı yerli prokurorluğa şikayət yollamışam. Tələb edirəm ki, keçdiyim yollarda müşahidə kameralarına baxış keçirilsin və uşağın harada əyləşməsi müəyyən olunsun”.

P.S. Vətəndaşın müraciəti ilə bağlı Gəncə Yol Polisi Şöbəsinin də mövqeyini işıqlandımağa hazırıq. Qeyd edək ki, bununla bağlı cəhdlərimiz boşa çıxdı.

Gununsesi.info