Gənc oğlan intihar etmək istəyib

  • By admin
  • 15 Dekabr 2017 06:40

Bakının Xəzər rayonu Binə qəsəbəsində intihara cəhdin qarşısı alınıb.

Gununsesi.info xəbər verir ki, Əli İsazadə küçəsi, 1 ünvanında yerləşən beşmərtəbəli binanın damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirən qəsəbə sakini Сavid Sadiqov bıçaqla özünə xəsarət yetirib. Damda olan polis əməkdaşları və FHN xilasediciləri həmin an onu saxlayaraq aşağı endiriblər və hadisə yerinə cəlb edilən həkimlərə təhvil veriblər. Sərxoş vəziyyətdə olan 23 yaşlı С.Sadiqov dərhal xəstəxanaya çatdırılıb.

Gununsesi.info