Gənc qız nişan günü özünü asdı

  • By admin
  • 01 Yanvar 2018 22:02

Qaxda intihar olub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Üzümlü kəndində qeydə alınıb. Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Gununsesi.info