İşsizliyin statistikası təkmilləşdirilməklə yenidən işlənilməlidir - ƏLİ MƏSİMLİ

  • By ilhame
  • 21 Dekabr 2023 21:34

“20-24 yaşlı gənclər arasınadkı işsizlik 23 faizin üstüdədir ki, bu da iqtisadi təklükəsizlik meyarına görə, kritik hesab olunan həddən 3 dəfə yuxarıdır.”

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli məşğulluq və işsizliklə bağlı məsələləri Moderator.az -a şərh edərkən deyib.

 

Əli Məsimli bildirib ki,iqtisadi təhlükəsizlik meyarlarına görə,işsizliyin səviyyəsi 7 faizi keçdikdə, kritik sayılan həddı aşmış hesab olunur və bir sıra fəsadlar törədir. Sosial problemlərin dairəsinin genişlənməsində və kəskinləşməsində işsizlik problemi çox ciddi rol oynayır. Rəsmi statistikaya görə, 2022-ci ildə Azərbaycanda iş qüvvəsi 5 milyon 194 min nəfər, onun 4 miyon 901 min nəfəri-məşğul əhali, 293 min nəfəri isə isizlərdən ibarət olmuşdur ki, bu da ölkədə işsizliyin səviyysinin 5,6 faiz, o cümlədən kişilər arasında 4,8 faiz,qadınlar arasında isə 6,5 faiz olduğunu göstərir.Amma bu rəsmi statistikadır. Realda ölkədə işsizlərin sayı bundan xeyli çoxdur. Məşğul əhalinin bir hissəsi minimum tələbatı belə ödəmək üçün yetərli olmayan minimum əmək haqqı ətrafında aylıq gəlir əldə edə bildiyindən, onlar da əslində ”iqtisadi işsiz”lərdir. 5 milyon 194 min nəfərlik iş qüvvəsinin yalnız 1 milyon 739 min nəfəri və ya 30 faizə yaxını muzdlu işçidir. Pandemiya bu rəqəmdən kənar 3,8 milyon nəfərin məşğulluq və isizlik sahəsindəki vəziyyətini xeyli dərəcədə ortaya qoydu. Ona görə də “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” postpandemiya və postmüharibə dövrünün reallıqları və çağırışları nəzərə almaqla,eləcə də işsizliyin statistikası təkmilləşdirilməklə yenidən işlənilməlidir.

Əli Məsimli gənclərin məşğulluq məsələsinə toxunarkan qeyd edib ki, işsizlik Azərbaycanda bütün əhali qrupları arasında ən böyük problemlərdən biridir. Ancaq bu problem gənclər və qadınlar arasında daha kəskin xarakter alıb.Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da gənclərin məşğulluğu və təhsilinə uyğun işlə təmin olunması sahəsində xeyli problemlər var.15-24 yaş arasında olan gənclər iş qüvvsənin 25,5 faizini, məşğul əhalinin 24,3 fazini, işsizlərin isə 45 faizni təşkil edir. Gənclər arasındakı işsizlik səviyyəsi ölkəmizin orta göstəricisindən 1,8 dəfə yüksəkdiir. Əslində real rəqəmlər bundan xeyli yüksəkdir. 20-24 yaşlı gənclər arasınadkı işsizlik 23 faizin üstündədir ki, bu da iqtisadi təklükəsizlik meyarına görə, kritik hesab olunan həddən 3 dəfə yuxarıdır.

 

Əli Məsimli gənclərin təhsili və məşğulluğu barədə danışarkən bildirib ki, ölkəmizdə 15-24 yaş arasında olan hər 4 gəncdən biri nə təhsil alır,nə də işləyir…Muzdla çalışan gənclərin cəmi beşdə biri ali təhsillidir.Hər 3 gəncdən 2-sinin tam,orta və ibtidai olmaqla sadəcə məktəb təhsili var ki,bu da ixtisassız kadrlar deməkdir.Əhalinin hər 10 min nəfərinə düşən tələbələrin sayına görə də Azərbaycanın göstəricisi yaşadığımız regionda və MDB ölkələri arasında potensil imkanlarda xeyli geridir.Həm də kəmiyyətlə yanaşı, təhsilin keyfiyyəti və bu sahə üzrə rəqabət qabiliyyətlilyi artrmaq üçün də hələ çox işlər görülməlidir.Təhlillər göstərir ki, iş yerlərinin məhdud olması işsizliyin yüksək olmasında əsas rol oynayır.Bununla yanaşı əmək bazarında ixtisasssız kadrlarınüstünlük təşkil etməsi ,təhsilin səviyyəsinin və keyfiyyətinin aşağı olması da gənclərin iş tapma imkanlarını azaldan amillərdəndir.Əmək bazarında tələbat olmayan və ya az olan ixtisaslar üzrə lazım olmayan sayda kadrların hazırlanması, onların hazırlıq səviyyəsinin isə işəgötürənlərin tələblərinə cavab verməməsi də məşğulluqla bağlı problem yaradır.

Əli Məsimli xüsusi vurğulayıb ki,yaşadığımız mərhələnin çağırışları bizi Qarabağ müharibəsində əldə etdiyimiz qələbənin nəticələrini inkişaf etdirməkdən və müharibədən sonra cəmiyyətdə yaranan gözləntiləri dolğun şəkildə gerçəkləşdirməkdən ötrü hərb sahəsində olduğu kimi, iqtisadiyyatda,elmdə,təhsildə və digər sahələrdə də rəqabətqabiliyyətli olmağımız obyektiv tələbata çevrilib. Gənclərimiz hərb sahəsində bunu bütün dünyaya nümayiş etdirə bildiyi kimi, digər sahələrdə də nail ola bilər. Belə ki,dünyanın ən reytiqli universitetlrində təhsil alan Azərbaycan gənclərinin xeyli hissəsi  öz bilik və bacarığına görə  yüksək inkişaf səviyyəsinə çatmış o cür ölkələrin gənclərindən heç də geri qalmırsa,nəticələri onlarınkından da yüksək ola bilirsə, deməli gənclərimizin zehni cəhətdən problemi yoxdur,intellektual potensialı kifayət qədər yüksəkdir. Azərbaycanda özünə iş tapa bilməyib bir yolpulu ilə xarici ölkələrə üz tutan gənclərimiz oralarda özünü dolandıra bilməklə yanaşı, orta səviyyədə maliyyə də  toplamağı bacarırsa və ailələrinə də pul göndərə bilirsə, deməli sahibkarlıq, işgüzarlıq və təşəbbüskarlıq sarıdan da yetərincə üstünlüklərə malikdir.Problem Azərbaycanda inhisarçılığın yaratdığı mühitdə, yerli istehsalın ölkəmizin potensial imkanları səviyysində genişlənməsinə imkan verməməsində,vətəndaşlara  qanunla qadağan olunmayan bütün sahələrdə iş görmək üçün lazımı səviyyədə şərait yadadılmasındakı maneə və çatışmazlıqlarda, təhsil və məşğulluq sahəsindəki problemlərinin aradan qaldırılmasının həllinə kompleks və koordinasiyalı yanaşılmamaqda və sair bu kimi məsələlərin həllindəki  boşluqlar və lənglikdədir.
Əli Məsimli əlavə edib ki, hər il orta hesabla 33-35 min tələbə universitet bitirir və onların  münasib işlə təmin olunması dərəcəsinin artırılması problem olaraq qalmaqdadır.Gənclərin məşğulluğu sahəsində problemlərin yaranmasına əsas səbəbi yetərincə iş yerinin olmaması ilə yanaşı həm də  təhsilin keyfiyyətinin yetərli səviyyədə olması və təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun olmasıdır.İşsizlik məsələsində iş yerlərinin azlığı ilə yanaşı,insanların konkret bir peşəsinin,iş təcrübəsinin olmaması da ciddi rol oynayır.Öna görə də ümumiyyətlə gənclərin məşğulluğu ilə bağlı xüsusi proqramın hazırlanması sahəsində görülən işlərin sürətləndirilməsi;təhsilin keyfiyyətinin yaxşılaşdırılması,onun məşğulluqla ilkin bağlantılarının təmin edilməsi; startapların inkişafınının  təsviq edilməsi;peşə təhsili məktəblərinin dairəsinin genişləndirilməsi və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi,məzunların hazırlıq səviyyəsinin işəgötürənlərin tələblərinə cavab verməsi səviyyəsinə çatdırılması; uzaqdan(məsafədən) iş;evdə iş üsullarının və s.tətbiq dairəsinin genişləndirilməsi istiqamətlərində proqram xarakterli tədbirlər həyat keçirilməlidir. İslahatların genişləndirilməsi və dərinləşdirilməsi  vasitəsilə elə şərait yaradılmlıdır ki, gənclərin getdikcə daha çox hissəsi  təhsil almağı-diplom əldə etməklə bitmiş hesab etməsi sterotipindən sürətlə uzaqlaşıb, yaxşı bilik,bacarıq əldə etmək müstəvisində rəqabətqabiliyyətli kadr olduğunu nümayiş etdirməyə üstünlük versin.Gələcəyin sürətlə dəyişən tələblərini  nəzərə almaqla əlavə təhsil almaq,peşəyönünmü biliklər əldə etməyə  səy göstərilsin.Əmək bazarında dəyişikliklər sürətləndiyindən, iş yerində və ya işlə bağlı təlim kursları da daxil olmaqla davamlı təhsil almaq,ixtisası yüksəltmək həyati bir təlabata, qaydaya çevrilməlidir.Bu halda gənclərin işlə təminatı sahəsində nəzərəçarpan irəliləyişlərə nail olmaqla yanaşı, həm də  onların bir hissəsinin çoxyönlü bir fəaliyyət seçməklə, geniş tətbiq oluna bilən bacarıqlar əldə etməklə, hərb sahəsində olduğu kimi, iqtisadiyyatda, elmdə, təhsildə,innovasion proseslərin cəmiyyətimizə tətbiqinin sürətləndirilməsi və müsbət nəticəlilyinin artırılmasında və  digər sahələrdə rəqabət qabiliyyətli gənclər ordusu da formalaşdıra bilərik.Bu vəzifənin gercəkləşdrilməsi gələcəyimizə baxış nöqteyi nəzərəndən çox taleyüklü,vacib və həlledici bir məsələdir.
Gununsesi.info