Gənclər və idman komitəsi iclasa toplaşdı

  • By admin
  • 25 Yanvar 2023 11:07

Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilir.

Gununsesi.info xəbər verir ki, komitənin iclasının gündəliyinə dörd məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Gənclər və idman komitəsində 2022-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat.

2. Gənclər və idman komitəsinin 2023-cü ilin yaz sessiyası üçün iş planının layihəsi.

3. “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

Gununsesi.info