“Gənclik” stansiyasının iş rejimində dəyişiklik edilir

“Gənclik” stansiyasının iş rejiminə dəyişiklik ediləcək.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dəyişiklik avqustun 10-da “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi beynəlxalq oyunla əlaqədardır.

Bildirilib ki, qarşılaşmanın başlanma saatına doğru stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq:

“Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə ehtiyat qatarlardan istifadə olunacaq” .

Həmçinin bildirilib ki, həmin gün “Neftçi” Futbol Klubunun “Neftçi Arena”da keçiriləcək beynəlxalq oyununa da maraq nəzərə alınaraq, “Xalqlar dostluğu” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.

Qeyd edək ki, həmin gün Ağdam klubu Finlandiya çempionu HİK-lə qarşılaşacaq.

 

Gununsesi.info