Gərgin Təlafər əməliyyatı: 115 ölü, 679 yaralı

  • By admin
  • 03 Sentyabr 2017 10:17

mosul-isid
İraqın Təlafər şəhərinin azad edilməsi əməliyyatları zamanı 115 hərbçi həyatını itirib, 679 nəfər isə yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Təlafər əməliyyatları komandanı Əbdüləmir Yarullah məlumat yayıb.

O bildirib ki, ölü və yaralıların sayı şəhər uğrunda gedən gərgin döyüşlərin göstəricisidir.

Xatırladaq ki, 20 avqustda başladılan əməliyyatlardan bir neçə gün sonra şəhər tamamilə İŞİD-dən azad edilmişdi.

 

Gununsesi.info