G7 ölkələri Rusiya və Ukraynanı eskalasiyaya son verməyə çağırıblar.

  • By admin
  • 01 Dekabr 2018 21:44

G7 ölkələri Kerç boğazında baş vermiş gərginlikdən sonra Rusiya və Ukraynanı eskalasiyaya son verməyə çağırıblar.

“Gununsesi.org” “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlətlər Rusiyanın Kerç boğazındakı davranışlarına görə hədsiz narahat olduqlarını bildirib: “Rusiyanın Ukrayna gəmilərinə və dənizçilərinə qarşı hərbi qüvvələrdən istifadə etməsinin heç bir bəraəti yoxdur”.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazından keçən Ukrayna gəmiləri Rusiya tərəfindən atəşə tutulub və 25 dənizçi həbs edilib.